Venesuela hökuməti ilə müxalifəti razılığa gəldi



 13:25 28.11.2022     330

“Venesuela hökuməti müxalifətlə danışıqlara başlayaraq ölkə tarixində yeni səhifə açıb”.

Demedia.az xəbər verir ki, Venesuela Prezidenti Nikolas Maduro belə açıqlama verib. O bildirib ki, müxalifətlə imzalanan sənəd və başlayan dialoq ölkə üçün yeni dönəmdir. Prezidentin sözlərinə görə, razılaşma sənədi Venesuela xalqının sülhü və rifahı üçündür.

Qeyd edək ki, Meksikada Norveçin vasitəçiliyi Venesuela hökuməti ilə müxalifəti arasında danışıqlar aparılıb. Tərəflər BMT-nin idarəçiliyində olmaqla fondun qurulması barədə razılığa gəlib. Sənədə Venesuela hökuməti və müxalifəti ilə yanaşı ABŞ tərəfi də imza atıb. ABŞ tərəflər arasında danışıqların uğurla davam etməsi üçün Venesuelaya qarşı tətbiq edilən bəzi qadağaları ləğv edib.

Bahadur Seyidov