Stoltenberq Türkiyənin taxıl sazişinin uzadılmasındakı səylərindən danışdı



 14:18 28.11.2022     337

NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyənin taxıl sazişinin uzadılmasındakı mühüm səyləri ilə bağlı yeni açıqlamalar verib.

Demedia.az xəbər verir ki, o, Türkiyənin sazişdəki səylərini məmuniyyətlə qarşıladığını ifadə edib. Stoltenberq bildirib ki, Rusiya qidadan silah kimi istifadə edərək, dünyadakı sabitliyi pozmağa çalışır. NATO-nun baş katibinin sözlərinə görə, sazişin müddətinin uzadılması nəticəsində Ukrayna limanlarından qida ehtiyacı olan ölkələrə məhsullar daşınır.

Qeyd edək ki, BMT, Türkiyə, Ukrayna və Rusiya arasındakı razılaşmaya əsasən taxıl sazişinin müddəti 120 gün uzadılıb.

Bahadur Seyidov