Rusiya-Ukrayna müharibəsi dünyanı qida böhranı ilə üzləşdirdi - Makron
Fransa Prezidenti Emmanuel Makron taxıl sazişinin uzadılmasında Türkiyənin vasitəçiliyindən məmnunluq ifadə edib.
Demedia.az xəbər verir ki, onun sözlərinə görə, taxıl sazişinin uzadılması qidaya ehtiyacı olan ölkələr üçün mühüm idi. Makronun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi dünyanı qida böhranı ilə üzləşdirib. Fransa Prezidenti bildirib ki, Avropa Birliyinin də səyləri nəticəsində Ukraynadan 15 milyon ton taxıl daşınıb.
Makron deyib ki, Fransa, Ukraynanın hədiyyə etdiyi 25 min ton taxılın Sudan, Somali və Yəmənə göndərilməsi üçün 20 milyon avro vəsait ayırıb.
Bahadur Seyidov