Hindistan kosmosa yeni peyk buraxdı



 16:28 28.11.2022     369

Hindistan Butan ilə birgə hazırladığı “İndia-Bhutan SAT” peykini kosmosa buraxıb.

Demedia.az xəbər verir ki, bu barədə Hindistanın Xarici İşlər Nazirliyi açıqlama verib. Bildirilib ki, raket “İndia-Bhutan SAT” peyki ilə yanaşı, digər peykləri də kosmosa aparıb. Məlumata görə, Butan peyk vasitəsilə yüksək keyfiyyətli fotolar əldə edəcək. Butan peykdən mülki məqsədlər üçün istifadə edəcək.

Hindistanın xarici işlər naziri Subrahmanyam Jaişankarın sözlərinə görə, Hindistanla Butan arasında tarixi əlaqələr yaranıb və Butanın mühəndisləri Hindistanda peyklərin istifadə edilməsi və hazırlanması ilə bağlı təcrübələr keçirlər.

Bahadur Seyidov