Dünyada ən güclü strateji gücə sahib olmaq istəyirik - Kim Çen In



 18:31 28.11.2022     365

“Şimali Koreya dünyada ən güclü strateji gücə sahib olmaq istəyir”.

Demedia.az xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In belə açıqlama verib. Kim Çen In yeni sınaqdan keçirilən “Hwasong-17” raketinin dünyanın ən güclü strateji silahı olduğunu ifadə edib. O deyib ki, Şimali Koreyanın əsas hədəfi dünyanın ən güclü strateji ölkəsinə çevrilməkdir.

Qeyd edək ki, “Hwasong-17” raketinin testlərini Kim Çen In qızı ilə birgə izləyib. Kim Çen In ilk dəfə qızını ictimaiyyət qarşısına çıxarıb. G7 ölkələri Şimali Koreyanın testlərinə qarşı BMT Təhlükəsizlik Şurasını qəti tədbirlər görməyə çağırıb.

Bahadur Seyidov