“Türkiyənin müdafiə sənayesi son 20 ildə böyük uğurlara imza atıb”



 12:31 28.11.2022     320

“Türkiyənin müdafiə sənayesi son 20 ildə böyük uğurlara imza atıb”.

Demedia.az xəbər verir ki, Türkiyədə səfərdə olan Pakistanın Baş naziri Şahbaz Şərif belə açıqlama verib. O bildirib ki, Türkiyə, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə çətinliklərin və maneələrin öhdəsindən gələrək ciddi nailiyyətlər əldə edib. Baş nazirin sözlərinə görə, Pakistan və Türkiyə arasında hərbi əməkdaşlıq daha da sıxlaşdırılmalıdır.

Baş nazir Pakistan-Türkiyə əlaqələrinin digər dövlətlərə örnək olduğunu ifadə edib. Baş nazir Pakistanın Türkiyənin müdafiə sənayesindəki qabaqcıl müştərisi olduğunu qeyd edib.

Bahadur Seyidov