Nəzakət qaydalarında “mütləqlik” - Bu şəkildə danışanlar...



 22:29 28.11.2022     1238

Son illərdə belə bir fikir var ki, “necəsən?” sualı xala-xətrin qalmasın deyə verilir.

Hardasa, razılaşmaq olar. Amma unutmaq lazım deyil ki, sualın verilişi də, elə cavablandırılması da nəzakət qaydaları çərçivəsində yazılmamış “mütləqlikdir”. Bir də, bizim bu suala verdiyimiz cavabların həyatımıza təsiri var... Bu gün sizinlə məhz bu haqda danışmaq istəyirəm. Sirr isə səsimizin malik olduğu tezlikdədir. 
I
-Necəsən?
-Ölürəm... 
Zarıya-zarıya verdiyimiz bu cavabla, həqiqətən, bizi ruhən öldürəcək insanları, hadisələri cəzb edirik. Səs tezliyimiz 10-dur. 
II
-Necəsən?
-Sürünürəm...
Bizi süründürəcək insanları və hadisələri həyatımıza doğru çəkirik. Beləcə, nə özümüzə, nə də başqalarına faydamız olmur. Səs tezliyimiz 20-dir.
III
-Necəsən?
-Pisəm...
Bu dəfə də cazibə dairəmizə pislikləri, pisniyyətləri çağırırıq. Səs tezliyimiz 30-dur.
IV
-Necəsən?
-Yaxşı olmağa çalışıram. 
Həyatımıza daxil olan insanlar yaxşı olmağa cəhd edər. Hadisələrin axarı isə xəfifcə yaxşılığa doğru meyillənər.  Səs tezliyimiz 40-dır.
V
-Necəsən?
-Yaxşıyam...
Bizi əhatələyən bütün “yaxşı”ları maqnit kimi çəkərik. Niyyətimizdən isə təkcə özümüz faydalanarıq. Səs tezliyimiz 50-dir.
VI
-Necəsən?
-Çox yaxşıyam...
Cəzb etdiklərimiz çox yaxşı insanlardır. Onların ya iştirakçısı, ya səbəbkarı olduğu çox yaxşı hadisələr gələr başımıza. Ən yaxın çevrəmizdəki insanlara və özümüzə faydalıyıq bu dəfə. Səs tezliyimiz 60-dır.
    VII
-Necəsən?
-Əlayam! 
Həyatımıza əla insanları və əla hadisələri çəkirik. Özümüzə, paralel olaraq, bütün bəşəriyyətə faydamız olar. Səs tezliyimiz 70-dir.
    VIII
-Necəsən?
-Şahanəyəm! 
Şahanə insanlar toplaşır başımıza. Qarşımıza şahanə olaylar çıxır. Bu dəfə faydalı olduğumuz ünvanlar sırasında özümüzdən və bəşəriyyətdən əlavə, heyvanlar da var.  Səs tezliyimiz 80-dir.
    IX
-Necəsən?
-Möhtəşəm! 
Möhtəşəmliklər ard-arda sıralanır, möhtəşəm insanların əhatəsində möhtəşəm olaylarla xatirələrimizi zənginləşdiririk. Fayda verdiyimiz özümüz və bütün kainatdır. Səs tezliyimiz 90-dır.
X
-Necəsən?
-Möcüzəyəm! 
Həyatımızın bundan sonrasında möcüzələr günlərimizi rəngləndirəcək. İnsanlar möcüzəvi xarakterə malik olar, hadisələr də möcüzə ilə nəticələnər. Özümüzə, insanlara heyvanlara, bitkilərə,  daşlara, tüm bəşəriyyətə və kainata faydalı olarıq. Səs tezliyimiz 100-dür.

 Unutmayın, əzizlərim. Nə desək, nə düşünsək, o da çıxır qaşımıza. Necə deyərlər, “niyyətin hara, mənzilin ora”. 

Bahadur Seyidov / Demedia.az