Prostatitdən əziyyət çəkənlərin diqqətinə - MÜTLƏQ OXUYUN
Prostatit prostat vəzinin soyuqlaması və ya infeksiyaya məruz qalması nəticəsində yaranan xəstəlikdir.
Soyuqdəymə prostat vəzində bakteriyaların yaranması və inkişafı üçün münbit şərait yaradır. Baş verən problemlər kəskin və ya xroniki şəkildə özünü büruzə verir. Kəskin formada olanda insanın sağalmaq və rahat yaşamaq üçün daha çox şansı olur. Çünki xroniki xəstəlikləri, bir qayda olaraq, insanlar ayaq üstə keçirir və bariz bir probemlə üz-üzə qalmadıqlarına görə, həkimə müraciət etməyə ehtiyac duymurlar.
Prostatit xroniki formada 3-6 ay müddətində irəliləyə bilir. Statistikaya əsasən, 50 yaşadək kişilərin əksəriyyəti prostatitdən əziyyət çəkir. Xəstəliyin mövcudluğunu təyin etmək üçün bəzi əlamətlərə diqqət yetirmək lazımdır.
Arabir səbəbsizcə baş qaldıran ağrılar;
Sidiyə getmədə yanmalar;
Sidiyin damcı-damcı axması;
Cinsi əlaqə zamanı ağrılar;
Sonsuzluq;
Əgər bu əlamətlərdən hər hansı biri varsa, həmin kişinin həkimə müraciət etməsi mütləqdir. Çünki müalicə diaqnostikadan başlayır.
Prostatitin profilaktikası.
İnfeksiyalardan qorunmaq lazımdır. Prostatitin əmələ gəlməsinin iki əsas səbəbindən biri infeksiyalardır. Buna görə də, çalışmaq lazımdır ki, prostat vəzinə yad mikroorqanizmlər daxil olmasın. Prostatitin yaranmasına səbəb olan bakteriyaların 86%-i bağırsaq çöpləridir. Yerdə qalanlar isə bunlardır:
-patogen xarakterli klebsiella bakteriyası;
-adını sürünənlərdən alan protey parazitləri;
-duzlu mühitə qarşı müqavimətləri olan enterokokklar;
-torpaqda və su hövzələrində yaşayan, qlükozanı oksidasiya yolu ilə parçalayan pseudomonas aeruginosa bakteriyaları;
Bunların hamısının orqanizmə daxil olma yolu yuyulmamış əllərdən, tez-tez dəyişilməyən alt paltarından, ən əsası isə, şəxsi gigiyenaya əməl etməməkdən keçir.
Üşümə. Çalışın ki, çox üşüməyin. Bu zaman immun sistemi zəifləyir. Orqana qan axımının sürəti azalır. Orqanizmdəki bağırsaq çöpləri lazımi yerlərə deyil, üşüyən orqana yönəlirlər. Orqandan keçən sidik bağırsaq çöplərinin artmasına kömək edir. Ona görə də, çalışın ki, orqan soyuğa çox məruz qalmasın və üşüməsin. Qəfil üşümə isə orqanizmə bakteriyalara qarşı müadifə sistemi qurmağa imkan vermir.
Fiziki aktivlik. Müasir həyat insanların çoxunu ofisdə oturmağa, mənzil başına çatmaq üçün avtomobildən istifadə etməyə, hətta dincələndə belə divanda yayxanmağa vadar edir. Nəticədə, orqanizmdə aktivlik balansı pozulur. Halbuki, həyatın təməli qanın orqanizmdə normal dövr etməsindədir. Lazımi qədər qan çatmayan orqanın fəaliyyətinin pisləşməsi təbiidir.
Spirtli içkilər. Alkoqol asılılığı immuniteti aşağı salır. Bu da orqanizmi bakteriyalar, ümumən, infeksiyalar qarşısında aciz edir.
Alkoqol, həmçinin, qan dövranına mənfi təsir edir ki, nəticədə orqanizmin müxtəlif nahiyələrində şişkinliklər yaranır.
Prostatitin profilaktikası zamanı yerinə yetirilməli prosedurlar. Lazımi ölçüdə fiziki aktivlik qan dövranını və maddələr mübadiləsini sürətləndirir. Beləcə, orqanlara və toxumalara ehtiyacları olan qədər qan ötürülür. Aktiv hərəkət zamanı tənəffüs də yaxşılaşır, sinir sistemi və əzələlər var gücləriylə işləməyə başlayır. Fiziki aktivlik psixi-emosional vəziyyətin normallaşmasını da təmin edir. Prostatit zamanı daim aktiv olmaq maddələr mübadiləsini sürətləndirəcək, beləcə, orqan dəmir əksikliyi yaşamayacaq. Gərilən əzələlər orqana masaj kimi təsir edəcək. Fiziki aktivliyi artırmaq üçün müəyyən prosedurlara, həmçinin, müalicəvi aerobikalara da həyatınızda yer ayırın. Bütün bunlar xəstəliyin simptomlarını azaldacaq, prostatitin inkişafını əngəlləyəcək.
Prostatitin profilaktikası zamanı yerinə yetiriləcək prosedurlar 2 kateqoriyaya ayrılır.
Ümumi qaydalar. İstənilən formada dayanın, yetər ki, əzələləriniz gərilsin. Lazım olan bərk döşək, yaxud fitnes üçün döşəmə, bir az da boş vaxtdır. Qabırğaların, kürək əzələlərinin dartılmasına səbəb olan bu kimi hərəkətlər orqana qanın yaxşı ötürülməsini təmin edir. İstənilən formada uzanmağın və ya oturmağın davamlılığı mütləqdir. Hərəkətin mütəmadiliyi orqanın sağamlığına xidmət edir. Gün ərzində, ən azı, 5-10 dəqiqə proseduru yerinə yetirin. Əgər 1 saatadək dayanmaq imkanınız varsa, proseduru həftədə 2 dəfə də təkrarlaya bilərsiniz.
Keqel təlimi. Arnold Keqel tərəfindən ötən əsrin birinci yarısında hazırlanmış qaydalar kişilər üçün də, qadınlar üçün də mövcuddur. Bu gün biz kişilər üçün olan qaydaların bir neçəsindən, dəqiq desək, prostatitin profilaktikasında tövsiyə edilən qaydalardan danışacağıq.
Keqel təliminin 1-ci qaydası:
Arxası üstə uzanın və dizləriniz bükülənədək çanağınızı yuxarı qaldırın. Çalışın ki, əzələləriniz dartılmış formada olsun. Mədənizi sıxmayın, mədədə rahatlama hissinin olması mütləqdir. Çanağınızı aşağı-yuxarı hərəkət etdirin. Orqanın əzələlərini işləməyə məcbur edin. Yorulduğunuzu hiss etdikdə bir neçə saniyə dayanın, rahat nəfəs alın və hərəkəti təkrarlamağa davam edin. Gün ərzində 50 dəfə çanağı aşağı-yuxarı hərəkət etdirmək lazımdır. Keqel təlimi aşağıdakı problemlərin həllinə kömək edir:
-aşağı ətraflardakı durğunluğu aradan qaldırır;
-prostat vəzi xəstəliklərinin yaranma riskini aşağı salır;
-ereksiya ilə bağlı problemlərin qarşısını alır;
-sidik kisəsi və sidik yolları ilə bağlı hər hansı problemin yaranmasına imkan vermir;
Keqel təliminin 2-ci qaydası:
1-ci qaydanı yerinə yetirin, amma bir şərtlə: orqanın gərilməsi 5 saniyədən artıq çəkməsin. Ardınca 5 saniyə orqanın rahatlamasını təmin edin. Proseduru bu cür-mərhələli şəkildə 50 dəfə yerinə yetirin. Orqanın əzələlərinin gərilmə müddəti 50 saniyədən artıq olmamalıdır.
Keqel təliminin 3-cü qaydası:
Orqanın dartılmasını 3 saniyə aralıqlarla yerinə yetirmək lazımdır. Bir şeyi də unutmayın ki, təlimlər zamanı orqanı həddən artıq gərmək, yaxud tam olaraq hərəkətsiz vəziyyətdə saxlamaq olmaz.
“Qurbağa” hərəkəti-ayaq pəncələri birləşmiş:
Arxası üstə döşəməyə, yaxud bərk döşəyə uzanın. Ayaqlarınızın altını qarşı-qarşıya birləşdirin. Dizlərinizi asta-asta bir-birinə yaxınlaşdırın və ayırın. Qəfildən deyil, nizamlı və aram-aram edilən bu hərəkəti 15-20 dəfə təkrarlayın.
“Qurbağa” hərəkəti-ayaqlar tərpənmədən:
Bu dəfə hərəkət halında olan orqanınız başınız olmalıdır. Çalışın ki, çiyinlərinizi yuxarı qaldırarkən ayaqlarınız tərpənməsin. Yalnız bir neçə hərəkətdən sonra dizlərinizi ehtiyatla mədənizə yaxınlaşdırın və uzaqlaşdırın. Əgər beliniz ağrıyırsa, hərəkətləri asta-asta, gündə bir az-bir az edin. “Qurbağa” hərəkətlərinin 10 dəfədən az olmamasına çalışın ki, effektini görəsiniz.
Qabırğaları qaldırmaq:
Bu dəfə döşəmə ilə təmasa girən qarın və mədəniz olacaq. Qabırğalarınız döşəməyə perpendikulyar şəkildə uzanmalısınız. Sonra ayaqlarınızı sıra ilə elə qaldırıb-endirməlisiniz ki, qabırğalarınız döşəmədən azca aralana bilsin. Hər ayağınızı 5-6 dəfə qaldırıb-endirin. Və çalışın ki, bədən yorulmasın.
Yarımoturaq vəziyyət:
Ayaq üstə dayanın, əllərinizi qoşalaşdırıb irəli uzadın. Sonra asta-asta yarımoturaq vəziyyətdə aşağı-yuxarı hərəkət edin. Çalışın ki, barmaq uclarınız çiyinlərinizlə eyni səviyyədə olsun və onurğanız əyilməsin. Proseduru 10-20 dəfə təkrarlayın.
“Velosiped” hərəkəti:
Arxası üstə uzanın və əllərinizi başınızın altında birləşdirin. Xəyali bir velosipedin pedallarını ayaqlarınızla çevirməyə başlayın. 25 dəfədən sonra dayanıb nəfəs alın. İstəsəniz, proseduru davam etdirin, istəsəniz də dayanın.
Omba üzərində “gəzmək”:
Aşağı ətrafların, əzələlərin sağlamlığı, həmçinin, ereksiya problemlərinin həlli ombalardan asılıdır. Döşəmədə oturun, belinizi düz saxlayın. Ayaqlarınızı irəli uzadın. Əllərinizlə döşəməyə təmas etmədən ombanızı hərəkət etdirin. Əvvəlcə, irəliyə doğru, bədəninizin balansını təmin etdikdən sonra isə, geriyə doğru hərəkət etməyə başlayın.
Ombanı yuxarı qaldırmaq:
Bu, prostatit profilaktikasında “mərasim” də adlanır. Arxası üstə uzanın, əllərinizi yanınızda uzadın. Ayaqlarınızı cütləşdirin və ombanızı yuxarı-aşağı hərəkət etdirin. Hərəkətlərin ardıcıllığı 2-5 saniyə aralığında olmalıdır.
“Ağcaqayın” hərəkəti:
Arxası üstə uzanın və ayaqlarınızı dümdüz yuxarıya uzadın. Dayanmağınız asan olsun deyə, əllərinizlə özünüzə dayaq verə bilərsiniz. Bu hərəkət aşağı ətrafların qan dövranını yaxşılaşdırır, prostatitin simptomlarını azaldır.
Bahadur Seyidov / Demedia.az