Putin təşəbbüsü yenidən ələ almağa çalışır - Politoloq



 11:59 28.11.2022     563

Brüssel və Vaşinqtonun il ərzində Azərbaycanla Ermənistan arasında artan vasitəçiliyi Kremli narahat etməyə bilməz.

Demedia.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin təşəbbüsü yenidən ələ almağa çalışır:

"Onun Azərbaycan prezidenti İlham Əliyevə bugünkü zənginin əsasında məhz bu amil dayanır. Fransa prezidenti Emmanuel Makronun özünü Avropa İttifaqının vasitəçiliyinə dürtməsi Brüsselin fəallığını heçə endirir. Çünki İlham Əliyev doğru olaraq Makronun vasitəçiliyini qəbul etməyəcək. Bu məqamdan Putin istifadə etməyə çalışacaq. Ancaq Makron kimi Putinin fəallığının da bizə faydası yoxdur. Kreml sahibinin bizə faydası olsaydı, Ruben Vardanyanı Qarabağa göndərməzdi, separatçılar tərksilah olunardı, rusiyalı hərbçilər Qarabağdakı məntəqələri qanunu adı ilə çağırardılar, daha “Mardakert”, “Martuni” ifadələrindən istifadə etməzdilər…".

Xəyalə Məmmədova / Demedia.az