Ermənistan sülhə hazır deyil, hərbi əməliyyatlara start verməlidir - ŞOK AÇIQLAMA
Azərbaycan və Ermənistan liderləri Brüsseldə dekabrın 7-də yenidən bir araya gəlməsi planlaşdırılmışdı. Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən bu görüş Yerevanın qeyri-konstruktiv mövqeyinin nəticəsində baş tutması gözlənilmir.
Demedia.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, Ermənistan sülhə hazır deyil, Fransa prezidenti Makronun belə bir görüşdə iştirakını şərt irəli sürməsi prezident İlham Əliyev tərəfindən qəbul edilmədi:
"Ümumiyyətlə Brüssel görüşünə ehtiyac yoxdur. Sadəcə belə bir görüş Ermənistana vaxt qazandırır. Brüssel Ermənistana təzyiq etməyəcəksə, Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamayacaq.
Prezident İlham Əliyevin Brüssel görüşündə Makronun iştirakını qəbul etməməsi Parisin vasitəçiliyinı artıq qəbul etməməkdir. Bu uğurlu siyasi gedişdir. Göründüyü kimi, Brüssel formatı Paşinyanın mövqeyinə görə fiaskoya uğrayıb. ABŞ proseslərdə aktivlik edərək prosesləri müsbət istiqamətə yönlədərə bilər. Demək olar ki, Ermənistanla sülh müqaviləsinin bağlanması istiqamətində irəliləyişlər gözlənilmir. Azərbaycan Qarabağda silahlı erməni birləşmələrinə qarşı hərbi əməliyyatlara start verməlidir".
Xəyalə Məmmədova / Demedia.az