Rusiyanın istədiyi də elə budur: Ermənistan və Azərbaycan...



 17:02 28.11.2022     486

Okyabrın 31-də Soçidə Putinin vasitəçiliyi ilə Əliyevlə Paşinyan arasında keçirilən görüşdə əldə edilən pərdəarxası razılaşmaların səsi artıq çıxmağa başlayıb. Brüsselin vasitəçiliyi ilə dekabrın 7-ə planlaşdırılan Əliyev-Paşinyan görüşü baş tutmayacaq!

Demedia.az xəbər verir ki, bunu politoloq Elxan Şükürlü deyib.

O bildirib ki, ADA-da keçirilən tədbirdə çıxış edən prezident İlham Əliyevin açıqlamalarından məlum olur ki, Brüssel görüşünün pozulmasına ilk cəhd elə Paşinyandan gəlib:

"Erməni baş nazir yalnız Fransa prezidenti Makronun qatılacağı təqdirdə 7 dekabr görüşündə iştirak edəcəyini deyib, Azərbaycan da buna razılaşmayıb.

Rusiyanın istədiyi də elə budur - Ermənistan və Azərbaycan Qərb platformasından imtina etsin, sülh danışıqlarını yalnız Kremlin vasitəçiliyi ilə aparsın.

Beləliklə, Putin sülh danışıqlarının Qərb platformasında davam etdirilməsinin qarşısını elə Qərbyönümlü Paşinyanın əliylə almağa müvəffəq olur".

Xəyalə Məmmədova / Demedia.az