Çipsi alan 4 qız DƏHŞƏT YAŞADI: İçindən görün nə çıxdı...



 19:03 28.11.2022     647

Türkiyənin Yozgat bölgəsində qızlar yataqxanasında qalan 4 dost ad günü şənliyi üçün cips alıblar. 

Demedia.az xəbər verir ki, ad günü şənliyinə hazırlaşan tələbələr otaqlarına gələrək boşqabdakı çips paketini boşaldanda çipslərin içərisində ölü siçanı görəndə şoka düşüblər.

Tələbələr həmin anları mobil telefonlarına çəkərək dərhal nazirliyə göndərib, daha sonra polis bölməsinə gedib şikayət ediblər.

Çips paketinin içərisində ölü siçanı gördükdə çox təəccübləndiklərini deyən Hatice Kına bu sözləri əlavə edib: 

“Keçən gün aldığımız çipslərin içərisində ölü siçan var idi. Onun ad gününə dostlarımızla bir araya toplaşmışdıq. Çips paketini boşqabın üzərinə tökəndə siçanla qarşılaşdıq. Biz şoka düşdük, bəzi dostlarımız qusdu. Onlar insan həyatını sadə kimi qəbul edirlər. Bütün səlahiyyətlilərə səslənirəm, hadisə araşdırılmalıdır. Uşaqlarımız, ailəmiz, hamı onları yeyir və biz xəstələnirik. Paketdə deşik yox idi, şükür ki, paketi açanda yemədik".

Aysun / Demedia.az