Kanalizasiya qazıntısı zamanı qarşılarına çıxdı... - Nə olduğu isə...
Türkiyədə Osmaniyenin Sumbas rayonunda kanalizasiya və infrastruktur qazıntıları zamanı Roma dövrünə aid sayılan mərmər heykəl tapılıb.
Demedia.az xəbər verir ki, heykəli tapan, lakin aidiyyatı qurumlara məlumat verməyən 5 işçi haqqında qanuni tədbir görülüb.
Alınan məlumata görə, rayonun Karaömerli Məhəlləsində Sumbas Bələdiyyəsi tərəfindən tenderə çıxarılan və özəl şirkət tərəfindən görülən kanalizasiya və infrastruktur şəbəkəsi qazıntı işləri inşaat maşını ilə aparılıb. Sumbas Rayon Polis Şöbəsinə bağlı polis qrupları vəziyyətdən xəbər tutan heykəli tapan işçilərlə əlaqə saxlayıb.
Heykəli tapan, lakin rəsmi qurumlara məlumat verməyən 5 işçi barəsində məhkəmə işi başlanıb. Heykəli təhvil alan polis qrupları vəziyyəti Osmaniye Muzey Müdirliyi səlahiyyətlilərinə çatdırıb. İl Mədəniyyət və Turizm Müdiri Burhan Torun və muzey müdirliyinin texniki qrupu heykəlin yerləşdiyi Karaömerlidə olub və məhəllə sakinlərindən məlumat alıb. Daha sonra heykəl muzey müdirliyinin səlahiyyətliləri tərəfindən araşdırılmaq üçün muzeyə aparılıb.
Aysun / Demedia.az