Rusiya Ukraynanı qara dəliyə çevirməyə çalışır - Borel



 11:25 29.11.2022     338

“Rusiya Ukraynanı qaranlığa və soyuğa apararaq qara dəliyə çevirməyə çalışır”.

Demedia.az xəbər verir ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borel belə açıqlama verib. O bildirib ki, Avropa Birliyi Ukraynaya dəstəyini artırmağa məcburdur. Borelin sözlərinə görə, Rusiyanın hücumları nəticəsində infrastruktur sıradan çıxıb və bu, Ukrayna xalqına çətinliklər yaradıb. Borel Ukraynada humanitar problemlərin yüksək səviyyəyə çatdığını ifadə edib.

Qeyd edək ki, Ukraynanın rəsmi dairələri Kiyevdə infrastrukturun sıradan çıxması nəticəsində insanların çətinliklə üzləşdiyini açıqlayıb. Problem sakinlərin paytaxtdan köçürülməsi ilə qismən həll edilə bilər.

Bahadur Seyidov