Rusiya dost olmayan statusdakı ölkələrlə əməkdaşlığı ən az səviyyəyə endiridi
Rusiya dost olmayan statusdakı ölkələrlə əməkdaşlığı ən az səviyyəyə endirib.
Demedia.az xəbər verir ki, Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova belə açıqlama verib. O bildirib ki, Rusiyanın Avropa Birliyi ölkələrindəki diplomatik varlığı azaldılıb. Zaxarovanın sözlərinə görə, müharibə dövründə Rusiyaya qarşı sanksiyalar tətbiq edən Qərb ölkələri “dost olmayan” ölkələr kimi dəyərləndirilib.
Bununla belə Rusiya həmin ölkələrlə diplomatik əlaqələri davam etdirir. Zaxarova bildirib ki, dost olmayan ölkələrdə Rusiyanı bir və ya iki diplomat təmsil edir.
Bahadur Seyidov