Sudan və Səudiyyə Ərəbistanı orduları birgə hərbi təlimlərə başladı



 12:28 29.11.2022     279

Sudan və Səudiyyə Ərəbistanı orduları Qırmızı dənizdə birgə hərbi təlimlərə başlayıb.

Demedia.az xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb. Tərəflərin birgə bəyanatında qeyd edilir ki, məqsəd orduların bacarıqlarını artırmaq, Sudan və Səudiyyə Ərəbistanı orduları arasında əməkdaşlığı artırmaq, donanmalar arasında Qırmızı dəniz və Ədən körfəzində təhlükəsizliyi qorumaq üçün koordinasiyanı möhkəmləndirmək və təcrübələri paylaşmaqdır.

Qeyd edək ki, Sudan və Səudiyyə Ərəbistanı orduları ötən il də birgə təlimlər həyata keçirmişdi.

Bahadur Seyidov