Kaliforniyada quraqlıq son iki ildə azı 3 milyard dollarlıq məhsul itkisinə səbəb oldu
ABŞ-ın Kaliforniya ştatındakı quraqlıq son iki ildə azı 3 milyard dollarlıq məhsul itkisinə səbəb olub.
Demedia.az xəbər verir ki, bu barədə rəsmi dairələr məlumat yayıb. Bildirilir ki, əkin sahələrinə suyun verilməsi son iki ildə 43 faiz azalıb. Nəticədə bir sıra ərazilərdə əkin işləri həyata keçirilməyib. Məlumata görə, əyalətdəki əkin sahələrinin suvarılamasında istifadə edilən Kolorado çayındakı suyun səviyyəsinin azalması Kaliforniyadakı su problemini daha da artıra bilər.
Qeyd edək ki, Kolorado hövzəsində suvarılan ərazilərin təqribən 70 faizindən otlaq əraziləri kimi və fermalar üçün yem yetişdirmək üçün istifadə edilir.
Bahadur Seyidov