Belçika tütün məhsullarının satışını məhdudlaşdırdı
Belçika tütün məhsullarının satışını azaltmaq üçün ciddi tədbirlər həyata keçirir.
Demedia.az xəbər verir ki, Belçika hökuməti tütün məhsullarının qida məhsullarının olduğu avtomatlaşdırılmış satış məntəqlərində satışına qadağa qoyub. Bununla bağlı qərar parlament tərəfindən qəbul edilib. Qərarə görə, tütün məhsulları iri mağazaların görünməyən hissəsində yerləşdirilmiş avtomatlarda satılacaq. Tütün məhsullarını almaq üçün xüsusi pullardan istifadə ediləcək. Həmin pulları əldə edəcək şəxslər üçün isə yaş məhdudiyyəti qoyulacaq.
Məqsəd tütün məhsullarını əldə etməyi çətinləşdirmək və eyni zamanda qanunsuz siqaret satışının qarşısını almaqdır.
Bahadur Seyidov