Çində etiraz aksiyaları zamanı nümayişçilər ağ kağız qaldırdı
Çində keçirilən etiraz aksiyaları zamanı nümayişçilərin ağ kağız qaldırması diqqət çəkib.
Demedia.az xəbər verir ki, bu, Çin hökumətinin qadağası ilə bağlıdır. Bildirilir ki, iki il əvvəl Honkoqdakı etiraz aksiyalarından sonra Çin hökuməti bir sıra şüarların nümayiş etdirilməsini qadağan edib. İndi etirazçılar cəzaya məruz qalmamaq üçün şüar səsləndirmir. Onlar etirazlarını ağ kağız qaldıraraq edirlər.
Qeyd edək ki, Çində pandemiya ilə bağlı sərt tədbirlərin tətbiq edilməsi etirazlara gətirib çıxarıb. Etirazlar bir neçə şəhərdə keçirilir.
Bahadur Seyidov