Çin kosmosa peyklər göndərdi



 15:20 29.11.2022     300

Çin kosmosa 3 yeni peyk göndərib.

Demedia.az xəbər verir ki, “Yaogan” tipli peyk Yer planetini müşahidə etmək üçün nəzərdə tutulub. Məlumata görə, raketlər “Long March” raketi ilə kosmosa göndərilib. Peyklərin uçuşu uğurlu alınıb. “Yaogan” cihazları artıq nəzərdə tutulan ərazilərə yerləşib. Bildirilir ki, bu,  “Long March” raketinin 451-ci uğurlu uçuşudur.

Qeyd edək ki, Çin son illərdə kosmosa onlarla peyk göndərib. Onların mülki məqsədlər üçün istifadə edildiyi irəli sürülüb. Çin ötən ay da kosmosa peyklər göndərmişdi.

Bahadur Seyidov