Ürək və beyin damarlarını təmizləyən 8 MÖCÜZƏVİ QİDA
Təəssüf ki, bu gün dünyada ən geniş yayılmış xəstəliklər siyahısında ürək-damar xəstəlikləri ön sıralardadır.
Damar tıxanıqlığı yaşlı insanlarda daha çox rast gəlinir. Bu, damar divarının iç tərəfində yağ qalıntıları, xolesterol artıqları kimi maddələrin yığılmasıdır. Damar tıxanıqlığı orqanizmin hər bir nöqtəsində baş verə bilər və qan daşınılan orqanda oksigen çatışmazlığına gətirib çıxarar.
Damar tıxanıqlığının səbəbləri çoxdur. Damarların elastikliyini və daxili səthlərinin hamarlığını itirməsinə səbəb olan ateroskleroz, yəni, damar sərtliyi bu səbəblərdən ən birincisidir. Damar sərtliyini yaradanlar isə bunlardır:
Artıq çəki;
Siqaret;
Diabet;
Hərəkətsizlik;
Nizamlı və sağlam olmayan qidalanma;
Yüksək təzyiq;
Genetik faktorlar;
Qanda pis xolsterolun səviyyəsinin yüksək, yaxşı xolesterolun səviyyəsinin aşağı olması;
Stress;
Bəs, bu problemlərdən necə qoruna bilərik?
-Bol su için; orqanizmdə lazımi miqdarda mayenin olmaması qanın qatılaşmasına və laxtalanmasına səbəb olur. Buna görə də, gün ərzində lazımi miqdarda su içməliyik. Sidiyinizə nəzarət edərək, orqanizmin ehtiyacı olan qədər su içib-içmədiyinizi anlaya bilərsiniz. Sidiyiniz açıq-sarı rəngdə və təmizdirsə, demək, lazımi qədər su içirsiniz. Sidiyiniz tünd-sarıdırsa, içdiyiniz suyun miqdarını artırmanız gərəkdir.
-Ziyanlı yağlardan uzaq durun; trans yağlar, yağlı və duzlu atışdırmalıqlar, tərkibində bol miqdarda şəkər olan qidalar damar divarlarında yağların yığılmasına səbəb olur. Nənələrimiz demiş, “qakka-qukka”dan nə qədər uzaq dursanız, damar tıxanıqlığı riski bir o qədər azalacaq.
-Risk faktorlarını yox edin; Məsələn; siqareti tərgidin. Çəkinizin azalması yönündə hərəkətə keçin. Diabet xəstələri daha diqqətli olmalıdır. Qanda şəkərin miqdarına daim nəzarət edilməlidir.
İndi isə damar tıxanıqlığı riskini azaldan, ürək və beyin damarlarını təmizləyən 8 möcüzəvi qida ilə tanış olaq.
Sarımsaq. Tərkibindəki allicin və ajoen birləşmələri sayəsində sarımsaq qan laxtalarının yapışqanlığını azaldır. Yəni, laxtalanmanın qarşısını alır. Araşdırmalara əsasən, sarımsaq damar açıcı qidalar arasında ön sıralardadır. Təzə sarımsaq, yaxud sarımsaqdan hazırlanan qida əlavəsi alaraq, damarlarınızın təmizlənməsinə cəhd göstərə bilərsiniz.
Sarıkök. Qədim Çin təbabətində sarıkök qanı durultmaq üçün istifadə edilib. Tərkibindəki aktiv birləşmələr sayəsində bu ədviyyat qanın laxtalanmasının və damarlarda yığıntıların əmələ gəlməsinin qarşısını alır. Xüsusilə, ürək damarlarında tıxanıqlığın əmələ gəlməsinə mane olur. Güclü antioksidant olan sarıkök pis xolesterolun səviyyəsini aşağı salır. Sarıkökü çay kimi dəmləyə bilərsiniz, yaxud üyüdülmüş halda yeməklərdə istifadə edə bilərsiniz.
Qaragilə. Tərkibində kalium, maqnezium və kalsium kimi önəmli minerallar var. Bu mineralların qəbul edilməsi qan təzyiqinin nizamlanmasına kömək edir. Qaragilə lif, C və B6 vitamini ilə zəngindir. Bu tərkiblə də qaragilə qanda trombların yaranmasına mane olur.
Epomeidum, digər adıyla su qaymaqgülü. Damar sərtləşməsinin müalicəsində faydalıdır. Ürək xəstəlikləri riskini azaldır və damar tıxanıqlığını yox edir. Bu bitkini həb, kapsul şəklində içə bilərsiniz. Əgər təbii şəkildə qarşısınıza çıxsa, yığıb çay kimi dəmləmək şansını qaçırmayın.
Qoz. Qozun tərkibində “l-arginin” adlanan amin turşusu var. Bu amin turşusu qan damarlarında azot oksidlərinə çevrilir. Azot oksidləri də, öz növbəsində, damarların daxili səthlərinin elastik və hamar olmasına kömək edir. Qoz yeyərək qan-damar sisteminizin sağlamlığını təmin etmiş olarsınız.
Zeytun yağı. Tərkibində fenol adlanan antioksidantlar var. Bu antioksidantlar qan laxtalanmasının qarşısını almağa kömək edir. Araşdırmalara görə, nizamlı şəkildə zeytun yağı qəbul etmək ürək-damar xəstəlikləri riskini 50% azaldır.
Badam. Doymamış yağlar, lif və antioksidantlarla zəngin olan badam “damarların ən yaxın dostu” sayılır. O, damarları təmizləyir. Bundan əlavə, ürəyinizin sağlam fəaliyyətinə kömək edir.
Darçın. Antioksidant tərkibə malik darçın qanda şəkərin miqdarını nizamlayır. Beləcə, ürəyə gedən damarları təmizləyir və damar tıxanıqlığının qarşısını alır. Araşdırmalara görə, gün ərzində 1 çay qaşığı darçın qəbul etmək damar problemləri riskini 26% azaldır.
Bahadur Seyidov / Demedia.az