Azərbaycan və Türkiyə ordusu eyni səngərdə xidmət edir - Siyasi şərhçi



 12:00 29.11.2022     429

Əliyevin çıxışından bəlli olur ki, Azərbaycan ordusu Türkiyədə, türk ordusu Azərbaycandadır və istənilən əməliyyatda – həm Ankaranın, həm Bakının – birgə döyüşəcək.

Demedia.az xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlı deyib.

O bildirib ki, Şuşa Bəyannaməsinə görə, hər iki ölkə təhdidlərə qarşı siyasi və hərbi müstəvidə ortaq fəaliyyət göstərəcək:

"Lakin bunun Prezident tərəfindən açıqlanması və indi bəyan edilməsi əhəmiyyətlidir. Əliyevin bu mesajı “sərhədimizdə təxribatları planlaşdıranlar, bizi qorxutmağa çalışanlara”, xüsusilə son dövrlər bu istiqamətdə daha çox önə çıxan İrana mesaj idi.

Və aydın olur ki, Azərbaycan və Türkiyə ordusu sözün bütün mənalarında eyni səngərdə xidmət edir".

Xəyalə Məmmədova / Demedia.az