İranın təhlükəli oyunu: "Qüdsə gedən yol..."
İranın molla rejimi İraqla müharibədən əvvəl ölkə daxilində "Qüdsə yol Kərbaladan keçir" şüarını səsləndirirdi.
Demedia.az xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.
O bildirib ki, bu dəfə isə onlar "Qüdsə gedən yol, Bakıdan keçir" şüarını səsləndirirlər:
"Bu, Tehranın müharibə planının göstəricisidir. Qüdsü götürmək üçün Bakıdan başlamaq deməkdir!
35 il sonra ilk dəfə bu cür şüar səsləndirən İran ordusundakı qoca generalların ruhunu oyatmağa çalışırsa çox böyük səhv edir. Hücum olarsa, bu, rejimin süqutu ilə nəticələnəcək.
Ümumilikdə isə, bu hadisə bir daha onu sübut edir ki, geosiyasi amillər daima bəzi dövlətlər arasında müharibə versiyasını aktual edəcək".
Xəyalə Məmmədova / Demedia.az