Kleverli Çinə xəbərdarlıq etdi



 10:20 30.11.2022     304

Çinin Londondakı səfiri Cing Ziguanq Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Demedia.az xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Ceyms Kleverli açıqlama verib. O bildirib ki, buna səbəb BBC-nin müxbirinin Çində etirazlar zamanı peşə fəaliyyətini yerinə yetirərkən nəzarətə götürülüməsidir. Kleverlinin sözlərinə görə, BBC müxbirinin Çində nəzarətə götürülməsi narahatlıq doğurur.

Qeyd edək ki, Çində pandemiya ilə bağlı sərt tədbirlərin həyata keçirilməsinə qarşı aksiyalar keçirilir.

Bahadur Seyidov