ABŞ gəmisi Çin ərazisinə daxil oldu
Çin ordusu Cənubi Çin dənizindəki mübahisəli adaların yaxınlığında üzən ABŞ-ın hərbi gəmisinə xəbərdarlıq edib.
Demedia.az xəbər verir ki, Çin gəmiləri ABŞ gəmilərini təqib edərək, hərbçilərə ərazidən uzaqlaşmaq barədə xəbərdarlıq edib. Çin Xalq Azadlıq Ordusunun Cənub Cəbhəsi Komandanlığının sözçüsü Tian Junli bildirib ki, ABŞ-ın bu həmləsi bölgədəki sülhə qarşı təxribatdır. Onun sözlərinə görə, ABŞ hərbi gəmilərinin Çin ərazisinə daxil olması ölkənin suvereneliyinin pozulmasıdır.
Qeyd edək ki, Çin Cənubi Çin dənizindəki Nanşa adalarına iddia edir. ABŞ tərəfi isə adaları Çin ərazisi kimi qəbul etmir.
Bahadur Seyidov