Rusiya Çinə neft tədarükünü artırdı
Rusiya Çinə neft tədarükünü 9,5 faiz artırıb.
Demedia.az xəbər verir ki, Rosneft şirkətinin rəhbəri İqor Seçin belə açıqlama verib. O bildirib ki, ötən illə müqayisədə Çinə neft tədarükü 9,5 faiz artaraq 72 milyon tona çatıb. Məlumata görə, Çinin əsas neft tədarükçüsü Rusiyadır. İqor Seçin bildirib ki, Çinə ən çox neft tədarük edən ölkə isə Səudiyyə Ərəbistanıdır. Səudiyyə Ərəbistanı Çinə ildə 73,8 milyon ton neft tədarük edir.
Qeyd edək ki, Qərbin sanksiyalarından sonra Rusiya alternativ bazarlara yönəlib. Rusiya üçün əsas bazar Asiya ölkələridir.
Bahadur Seyidov