NATO Ukraynaya dəstək verməyi dayandırmayacaq - Stoltenberq



 12:14 30.11.2022     297

NATO Ukraynaya dəstək verməyi dayandırmayacaq.

Demedia.az xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq belə açıqlama verib. O bildirib ki, Rusiya Ukraynada qələbə qazansa daimi sülh mümkün olmayacaq. Stoltenberqin sözlərinə görə, NATO Rusiya işğalına qarşı alyansın şərq cəbhəsində hazırlıqları artırıb.

“NATO münaqişədə tərəf deyil. Lakin Ukraynaya bənzəri görünməmiş qədər dəstək veririk. Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı müharibədə məğlub olmaq üzrədir. Ona görə də daha sərt qarşılıq verir” - Stoltenberq deyib.

Bahadur Seyidov