ABŞ-dan Türkiyənin Suriyadakı hərəkatına dəstək mesajı
“Türkiyənin hücumlara qarşı özünü və vətəndaşlarını müdafiə etmək hüququ var”.
Demedia.az xəbər verir ki, “Ağ ev”in Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi belə açıqlama verib. O bildirib ki, Türkiyə terror hücumlarına görə problemlərlə üzləşir. Türkiyənin problemləri aradan qaldırmaq üçün cavab tədbirləri görmək hüququ var.
Qeyd edək ki, Türkiyə ordusu İstanbulda törədilən terror aktından sonra İraq və Suriyanın şimalında hava hərəkatına başlayıb. ABŞ tərəfi Türkiyəyə dəstək mesajları verib.
Bahadur Seyidov