Rusiya Ukraynadan qisas alır - Zelenski



 18:32 30.11.2022     409

“Ukrayna heç vaxt dağıntı yeri olmayacaq”.

Demedia.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski belə açıqlama verib. O bildirib ki, Rusiyanın Ukraynaya hava hücumları davam edir. Rusiya ordusu Xersona son bir həftə ərzində 258 dəfə atəş açıb. Hücumlar zamanı su xidməti göstərən stansiya hədəfə alınıb. Zelenskinin sözlərinə görə, Kiyev Moskvadan gələn təlimatları yerinə yetirmədiyi üçün Rusiya qisas məqsədilə Ukraynaya müharibə elan edib. Zelenskinin sözlərinə görə, müharibə problemlərinə baxmayaraq, Ukrayna qlobal qida böhranının səngiməsi üçün səylərini davam etdirir.

Bahadur Seyidov