Rusiya kosmosa peyk göndərdi



 14:28 30.11.2022     283

Rusiya kosmosa peyk göndərib.

Demedia.az xəbər verir ki, hərbi məqsədlər üçün istifadə olunan “Cosmos-2564” peyki, “Soyuz 2.1b” raketi ilə kosmosa daşınıb. Rusiyanın Müdafiə Nazirliyinin məlumatına görə, uçuş Arxangelsk vilayətindəki  Pletesk kosmos bazasından həyata keçirilib. Müdafiə Nazirliyindən bildirilib ki,  peyk kosmosda nəzərdə tutulan vaxtda nəzərdə tutulan mövqeyə artıq yerləşib. Rusiya ordusu peykin imkanlarından istifadə etməyə başlayıb.

Qeyd edək ki, Rusiya 4 həftə əvvəl də hərbi məqsədlər üçün istifadə edilən peyki kosmosa göndərmişdi.

Bahadur Seyidov