Keyfiyyətli zeytun yağını necə tanımaq olar? - Araşdırma



 22:32 30.11.2022     1457

Bu gün dünyamızda ümidə və sülhə nə qədər ehtiyac var, deyilmi? Siz elə bilirsiniz ki, burdakı əsas kəlmə “bu gün”dür?

Heç də belə deyil... Həmişə, bütün dövrlərdə dünyamız  sülhə ehtiyac duyub və ümidə sarılıb... Yoxsa, 7000 ildi zeytun ümidin və sülhün rəmzi kimi əksər xalqların mifologiyasında  anladılmazdı... 

Təbii ki, qədim insanlar üçün ümid və sülh kəlmələrinin əsasını elə sağlam həyat, ağrılardan, ruh düşkünlüyündən xilas təşkil edirdi. Buna görə də zeytun və zeytun yağı şəfa mənbəyi hesab edilirdi.  Bəzi yazılı mənbələrdə eramızdan əvvəl 5000-ci illərdə Fələstin, Girit bölgələrində zeytunun əsas qidalardan biri olmasıyla bağlı məlumat var.  Antik dövrün ən  məhşur müəlliflərindən olan Homer də yazılarında zeytundan bəhs edib. Qəribədir ki, antik mənbələrdə zeytunun özündən çox yağının tibbdə istifadə edildiyi haqda məlumatlara rast gəlinir. 

İtaliya Milli Araşdırma Mərkəzi 1997-ci il aprelin 11-də keçirdiyi iclasını zeytun yağına həsr edib. Həmin iclasda dünyanın müxtəlif ölkələrindən gələn qidalanma mütəxəssisləri, kardioloqlar, psixoloqlar zeytun yağının insanın fiziki və psixoloji sağlamlığına göstərdiyi əvəzsiz təsirdən danışıblar. Və həmin iclasdan sonra  zeytun yağları haqqında ümumdünya qida sektorunda daha ətraflı araşdırmalar aparılmağa başladı. Hesablamalara görə, həmin iclasdan sonrakı 10 il ərzində ABŞ-da zeytun yağı istehlakı 1000 tondan 120000 tona yüksəlib. 

“Maye qızıl” adlanan zeytun yağından süfrədə və tibbdə istifadə ənənəsi bizdə də var. Və hazırda  keyfiyyətinə görə etibar edəcəyimiz  məhsullar  “Zeytun bağları” markasına aiddir.

Dünyada ən çox zeytun yağı ixrac edən ölkələr sırasında ilk üçlüyü İspaniya, İtaliya və Yunanıstan  təşkil edir. Laboratorayalarda aparılan uzun müddətli araşdırmaların nəticələrinə əsasən, Abşeron zeytunu keyfiyyətinə görə  bu ölkələrin yüksək dərəcəli, premium zeytunundan da üstündür. Sadəcə, Abşeron zeytunu hələ ki, dünyaya ixrac olunmur və ona görə də dünya bazarında layiqli yerini almayıb. 

Yerli bazarda isə “Zeytun bağları” markalı zeytun yağları süfrələrin bəzəyi, sağlamlığımızın keşiyində dayanmaq üçün istifadə etdiyimiz ən etibarlı dostumuzdur. Yerli əhalinin  Abşerondan yığdığı  zeytunları Dübəndidə yerləşən zeytun yağı fabriki alır, meyvəsini sıxır.  Əldə olunan yağ  “Bakı Qida və Yağ Fabriki”ndə qablaşdırılır.  

Zeytun yağı “yağların şahı” adlanır. Bunun da səbəbi olduqca sadədir. Zeytun yağı digər bitki yağlarından fərqli olaraq, rafinə olunmur. 

Bəs, “rafinə etmək” nə deməkdir? Hər hansı bir bitki və ya toxum sıxılıb yağı çıxarılan zaman içində onu xarab edən maddələr də olur. Rafinə edilmə prosesi zamanı məhsulu xarab edən və insana zərər verən o birləşmələr yağdan uzaqlaşdırılır. Beləcə,  yağın rəf ömrü də artır. Rafinə olunmasa, duru yağlar, ən azı, bir həftəyə xarab olmağa başlayacaq. Zeytun yağında isə belə bir təhlükə yoxdur.  Çünki, təbiətən onun daxilində antioksidant maddələr var. Onlar yağı xarab olmaqdan da, tərkibində zərərli maddələrin yaranmasından da qoruyur. Zeytunda olan böyük miqdarda antioksidant maddələr insana da faydalıdır və orqanizmi zərərli maddələrdən, mikroblardan, sərbəst radikallardan təmizləyir. 

Koronavirusun tüğyan etdiyi bir dövrdə immunitetimizi möhkəmləndirmək üçün antioksidantlara böyük ehtiyacımız var.  Çünki, antioksidant əskikliyi orqanizmimizin ən kiçik və zəif viruslara qarşı belə mübarizə apara bilməməsinə səbəb olur.

İnsanları həmişə maraqlandıran bir məsələ də, keyfiyyətli zeytun yağını necə tanımaqdır. Keyfiyyətli, antioksidantlarla zəngin zeytun yağını içdikdə boğazı azca yandırmalıdır. Bəzən kəskin qoxusuna, acı dadına görə insanlar zeytun yağını sevə bilmir. Əksinə, qoxu və acılıq zeytun yağının keyfiyyətinin göstəricisidir. Həmin kəskin qoxunu zeytunun tərkibindəki flavanoidlər kimi faydalı maddələr yaradır.

Mütəxəssislər gənc analara məsləhət görür ki, uşaqlarını kiçik yaşlardan zeytun yağının iyinə, dadına alışdırsınlar. Bunun üçün də onlar analara körpələrin qidasına zeytun yağından az-az əlavə etməyi tövsiyə edirlər. 

Zeytun yağının faydaları bunlardır:
-Tərkibindəki E vitamini sayəsində hüceyrə yenilənməsinə təsir göstərir, qocalmanı ləngidir;
-Alzeymer xəstəliyinin yaranmasına mane olur;
-İmmuniteti gücləndirir;
-Antioksidantlarla zənginliyi sayəsində orqanizmin toksinlərdən təmizlənməsinə kömək edir;
-Xərçəngli hüceyrələrin inkişafına və yayılmasına mane olur; 
-Maddələr mübadiləsini sürətləndirir;
- Qanın laxtalanmasının qarşısını alır və qan təzyiqini stabilləşdirir;
-Piylənməyə səbəb olmur; 
-Həzm prosesini asanlaşdırır, bağırsaqlarda qəbizlik və köp yaranmasının qarşısını alır; 

Bunlardan əlavə, zeytun yağları beyin üçün də  faydalıdır. Bildiyimiz kimi, beyin neyronlarının bir-birilə əlaqəsi yediyimiz yağ və qidalardan asılıdır. Beyinə antioksidantlar, faydalı yağ turşuları, Omeqa 3,6, 9 lazımdır. Zeytun yağının tərkibində Omeqa 9 yağ turşusu var. Bu da o deməkdir ki, zeytun yağından mütəmadi olaraq istifadə edən insan yaddaş pozğunluğu, diqqət dağınıqlığı kimi problemlər yaşamır. 

Bu gün marketlərdən  “Zeytun bağları” brendinin  “Sızma” və “Riviera” növlərini  çətinlik çəkmədən əldə edə bilərsiniz. Hər ikisini ürəklə evinizə gətirib süfrədə və ya üz dərisinə, saçlara qulluq üçün də istifadə edə bilərsiniz.

Bahadur Seyidov / Demedia.az