Neft Fondu yenə zərər edib, buna görə... - İqtisadçı
Neft Fondu bu ilin ilk 9 ayında daşınmaz əmlak portfelinin idarəetməsindən, səhm bazarına qoyduğu yatırımdan ziyan edib (aldığı səhmlərin dəyəri bu il 17% ucuzlaşıb).
Demedia.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.
O bildirib ki, avro, funt və yenin məzənnələrinin ABŞ dollarına nisbətən ucuzlaşmasına görə bu valyutalarda olan aktivlərinin dollara nisbətən dəyəri azalıb:
"Ümumiyyətlə, Neft Fondu bu ilin ilk 9 ayında 8 mlrd. 706 mln. 200 min manat zərər edib.
Yaxşı, əgər bütün yatırım portfelləri üzrə ziyan varsa, Fondun idarəçiləri buna görə məsuliyyət daşıyırlar, deməli istefa verməli, Fondun idarəçiliyi, investisiya siyasəti, məsləhətçiləri dəyişdirilməlidir, onlar alınan qərarlara görə öz günah payları var".
Xəyalə Məmmədova / Demedia.az