Naxçıvanın muxtariyyətinin ləğv edilməsi geosiyasi çağırışların tələbidir - Açıqlama



 14:03 30.11.2022     607

İkinci Qarabağ müharibəsindən sonra regionda geosiyasi nizam köklü surətdə dəyişib. Müharibədən əvvəlki status-kvonun saxlanılması əleyhimizə işləyə bilər.

Demedia.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onu sözlərinə görə, Qarabağ məsələsi həll edildikdən sonra Azərbaycanın idarəçiliyik institutunda islahatlar, xüsusilə Naxçıvanın muxtar statusunun ləğvi və Güney Azərbaycan məsələsi gündəmə gələcəkdi:

"Artıq bu istiqamətdə proseslər başlayıb və Naxçıvanin güc nazirliklərinin ləğvi və Bakıya birləşdirilməsi növbəti mərhələdə statusunun ləğvi Azərbaycanın təhlükəsizliyini və suverenliyini gücləndirəcək.

Azərbaycan Konstitusiyasında Naxçıvan Muxtar Respublika olaraq siyasi və təhlükəsizlik məsələləri ilə məşğul olmamalı, yalnız iqtisadi, təhsil və humanitar məsələlər üzrə səlahiyyətlərə malikdir. Muxtar respublikada struktur dəyişiklikləri əhalinin rifahının yüksəldilməsinə və ölkəmizin suverenliyinin möhkəmləndirilməsinə töhfə verəcək.

Qeyd edim ki, tarixi zərurət aradan qalxdığı üçün Naxçıvanin statusu ləğv edilərək, prezidentin xüsusi nümayəndəliyi təsis edilə bilər. Rusiyadan kənarda və uzaq məsafədə yerləşən Kalininqrad vilayətinin statusu yoxdur. Bu, onun təhlükəsizliyini təhdid etmir. Belə olan təqdirdə qalib olan Azərbaycan daxilində muxtar ölkəyə ehtiyac yoxdur.

Naxçıvanın muxtariyyətinin ləğv edilməsi, birbaşa mərkəzə tabe edilməsi geosiyasi çağırışların tələbidir. Həmçinin Güney Azərbaycan məsələsinin də prezident tərəfindən qaldırılmasi bunun məntiqi nəticəsidir.

Biz Xankəndində öz suverenliyimizi bərpa etmek istiqamətində addımlar atdığımız məqamda Naxçıvanın mərkəzə tabe olmayaraq müstəqil olması ciddi problemdir. Ona görə də prezident İlham Əliyevin bu istiqamətdə siyasətini dəstəkləyirik. Bu məsələlər "niyə iki il bundan əvvəl edilmirdi, indi yada düşdü kimi"-ifadələr yersizdir. Çünk, bu kimi məsələlər təhlükəsizlik və suverenlik məsələsidi. Zamanı gəldikcə, həll edilməsi labüd olur".

Xəyalə Məmmədova / Demedia.az