Heç vaxt belə ölüm görməmişdilər: Möcüzə sayəsində sağ qaldı



 21:03 30.11.2022     772

Tarix boyu bir çox insanlar həyat uğrunda mübarizə aparsalar da, bəziləri öz tarixlərində iz qoyublar.

Onların arasında sağ qalmaq üçün ayılarla güləşən, piranlarla dolu çayda üzən, hətta gününü qarlı dağda keçirənlər də var. Budur ölümlə üz-üzə gələn, lakin hər cür sağ qalan Maykın həyat mübarizəsi.

Toyuq Mayk -

Klara və Lloyd Olsen uşaqları ilə fermalarında yaşayırdılar. 1945-ci il sentyabrın 10-da nahar üçün öz fermalarında seçdikləri toyuğu kəsib yeməyə hazırlaşırdılar. Klara Olsen öz evində beş ay yarımlıq bir toyuq seçmişdi və ona Mayk adını verdilər. O, nahar üçün kəsmək üçün əri Lloyds toyuğunu aparıb, lakin gözlənilməz hadisə baş verib. Başı kəsilsə də, toyuq hələ də sağ idi və qaçırdı. Təəccüblərini gizlədə bilməyən ailə toyuqlarının geri dönməsini gözləyib. Onlar hadisədən bir gün sonra geri qayıdan Maykı tutaraq müşahidə etməyə başlayıblar. Onlar iki gün toyuqlarının ölməsini gözləsələr də, Mayk yaşamağa davam edib.
Ailə Maykı bir damcıda su və qida ilə qidalandırmağa başladı. Lloyd bunu digər toyuqlarında da sınamaq istədi, lakin onun təcrübəsi uğursuz oldu. Bu başı kəsilmiş toyuğun sağ qalması necə mümkün idi? Aparılan araşdırmalara görə, Maykın yuxu arteriyası və beyin sapında heç bir zədə olmadığı üçün onun belə yaşaması qeyri-mümkün olub. Beyin və onurğa beynini birləşdirən, ürək və tənəffüs sistemlərinin işində mühüm rol oynayan beyin sapı zədələnmədiyi üçün Mayk həyatına davam etdi, lakin ön beyni sıradan çıxdığı üçün şüurlu hərəkətlər edə bilmədi. Bundan istifadə edən ailə Maykı görmək istəyindən xeyli pul qazanıb. Başı kəsildikdən sonra 18 ay yaşayan Mayk yemək borusunu təmizləməyi unutduqları üçün ölüb.

Aysun / Demedia.az