Bu qidaları soyuducuya QOYMAYIN - Zəhərlənə bilərsiniz



 22:06 30.11.2022     610

Bəzi qidalar soyuducuya qoyulduqda xəstəliyə səbəb olur. 

Demedia.az xəbər verir ki, gündəlik həyatımızda yediyimiz və içdiyimiz qidalar da xərçəngə səbəb ola bilər. Bunu bilirdinizmi?

Bəs, hansı qidaları soyuducuya qoymaq zərərlidir? Hansı qidalar xərçəngə səbəb olur? 
Soyuducuda olanda xəstəliklərə səbəb olan, eşitdikdə çox təəccüblənəcəyiniz qidaları  təqdim edirik.

Bal, mürəbbə, şokolad kimi şirin qidalar soyuducuda öz üzvi xüsusiyyətlərini itirir, mürəbbə və balın axıcılığı, dadı da pisləşir.

Soyuducunun soyuqluğu və rütubəti qəhvənin həm dadını, həm də görünüşünü korlayır.

Yüksək uducu bir qida olan kartof ətraf mühitin qoxusu ilə dadını dəyişir. Soyuducuda bir gündən çox qalan kartof pisləşəcək, lakin onların görünüşü eyni qaldıqda fərqinə varmırıq. Lakin bişmiş kartof bağırsaq xəstəliklərinə səbəb ola bilər.

Antibakterial təsirə malik sarımsaq yalnız soyuducuda 2 gün saxlandıqda bakteriya əmələ gətirir.

İllərdir hər kəsin bildiyi yanlış fikirlərdən biri də pomidorun xarab olmaması üçün soyuducuya qoyulmasıdır. Əslində, pomidor soyuducuya qoyulduqda, soyuq hava səbəbindən üzvi quruluşu pozulur. Qabıqları qırışmış pomidorlarda bakteriya əmələ gəlməyə başlayır və istehlak edilən bu pomidorlar həzm xəstəliklərinə səbəb olur.
Emal edilmiş mal əti, un da bu kimi qidalar sırasında gəlir.

Aysun / Demedia.az