Çinə və Rusiyaya məxsus təyyarələr Cənubi Koreyanın hava məkanına daxil oldu



 11:30 01.12.2022     322

Çinə məxsus 2 və Rusiyaya məxsus 6 döyüş təyyarəsi Cənubi Koreyanın hava məkanına daxil olub.

Demedia.az xəbər verir ki, bu barədə Cənubi Koreya ordusu məlumat yayıb. Bildirilir ki, Çin və Rusiyaya məxsus döyüş təyyarələri bir neçə dəfə ölkə sərhədini pozub və çıxıb. Daha sonra Rusiyaya məxsus TU-95 və Su-35 təyyarəsi Yapon dənizinə daxil olub. Lakin təyyarələr Cənubi Koreyanın hava məkanını pozmayıb.

Sərhədin pozulmasına görə Cənubi Koreya Çinə və Rusiyaya xəbərdarlıq edib.

Bahadur Seyidov