ABŞ “Vaqner” qrupunu terror qruplaşması kimi tanıya bilər



 18:32 01.12.2022     390

ABŞ adminstrasiyası Rusiyanın nəzarətində olan “Vaqner” qrupunu terror qruplaşması kimi tanıya bilər.

Demedia.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb. Bildirilir ki, Ukrayna müharibəsindən sonra bəzi dairələr ABŞ rəhbərliyindən Rusiyanı terrorçu ölkə kimi tanımasını tələb edir. ABŞ tərəfi isə bunun münasibətlərə daha pis təsir edəcəyini irəli sürərək, bu təklifi qəbul etmir. Bəzi dairələrin təzyiqi ilə üzləşən ABŞ adminstrasiya “Vaqner” qrupunu terror qruplaşması kimi tanımağı nəzərdən keçirir.

Qeyd edək ki, Rusiya “Vaqner” qrupu ilə rəsmi əlaqələrinin olması barədə iddiaları rədd edir.

Bahadur Seyidov