Yaponiya və Monqolustan Şimali Koreyaya çağırış etdi
Yaponiya və Monqolustan Şimali Koreyaya çağırış edib.
Demedia.az xəbər verir ki, Tokioya səfər edən Monqolustan Prezidenti Ukhnaa Khurelsukh Yaponiyanın Baş naziri Kilida Fumio ilə görüşüb. Görüşdən sonra yayımlanan birgə sənəddə bildirib ki, Şimali Koreyanın raket testləri və nüvə proqramı ilə bağlı fəaliyyəti region üçün təhdid təşkil edir. Tərəflər Şimali Koreya rəhbərliyinə raket testlərini və nüvə fəaliyyətlərini dayandırmağa çağırıb.
Liderlər Pxenyanı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməyə çağırıb.
Bahadur Seyidov