Avropa Birliyi Rusiyanın dondurulan 300 milyardlıq hesablarını ələ keçirmək istəyir



 12:14 01.11.2022     285

Avropa Birliyi Ukrayna müharibəsinə görə Rusiyanın dondurulan 300 milyard avroluq hesablarını və rusiyalı milyarderlərin dondurulmuş 19 milyard avroluq əmlaklarını ələ keçirməyə çalışır.

Demedia.az xəbər verir ki, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Leyen  bildirib ki, Rusiya səbəb olduğu dağıntının əvəzini maliyyə baxımından ödəməlidir. Onun sözlərinə görə, indiyə qədər Ukraynaya 600 milyard avro zərər dəyib. Ursula Fon der Leyen bildirib ki, Rusiya və rus oliqarxlar Ukraynaya dəyən zərəri təmin etməli və ölkənin yenidən inşaası üçün dəyən zərəri qarşılamalıdır.

Bahadur Seyidov