Koronavirusla bağlı YENİ ARAŞDIRMA



 22:35 01.12.2022     737

Korona virusları çoxsaylıdır. Bu gün Çindən yayılıb bütün dünyanı istila edən virus ötən əsrin 60-cı illərindən elmə məlum olan koronavirusla eyni deyil.  

Elə buna görə də onun laboratoriyada bioloji silah kimi hazırlandığı iddia edilir. Bu iddianı sübut etmək üçün əvvəlcə uzunmüddətli və dəqiq analizlər aparmaq lazımdır.  

İddialardan ən geniş yayılanı budur ki, virusu Çinə ABŞ hərbçiləri gətirib. Özü də Çinin Wuhan şəhərində Hərbçilərin 7-ci Dünya oyunlarının keçirildiyi vaxt.  

Hər nə qədər koronavirusla bağlı müxtəlif nəzəriyyələr və iddialar olsa da,  ortada bir xəstəlik var və insanlıq üçün təhlükəlidir. 

 Konor Rid adlı  İngiltərə vətəndaşı koronavirusdan sağalanlar sırasındadır. O, BBC-yə müsahibəsi zamanı xəstəliyə necə yoluxduğunu və sağalma prosesini anladıb. Konor Rid söyləyir ki, onda koronavirus 3 mərhələdə ortaya çıxıb. Xəstəlik əvvəlcə adi soyuqdəymə kimi özünü göstərib. Sonra qrip mərhələsinə keçib. Rid`in sözlərinə görə, bu, onun həyatı boyu keçirdiyi ən ağır qrip olub. Qripdən sağaldığını düşündüyü zaman özündə pnevmaniya əlamətləri hiss edən Konor xəstəxanaya müraciət etmək qərarına gəlib.  Həkimlərin köməyilə sağalan Konor müsahibəsində qeyd edib ki, “məndə koronavirusa yaxalanma və sağalma prosesi bir ay çəkib. Ümid edirəm, başqa insanlar ya heç yoluxmazlar, ya da daha tez sağalarlar.

Bahadur Seyidov / Demedia.az