Parislə Vaşinqton arasında fikir ayrılıqları var - Politoloq



 12:59 01.12.2022     589

Fransa prezidenti Emmanuel Makronun ABŞ-a 5 günlük rəsmi səfəri başlayıb. Makronun səfəri dekabrın 3-də bitəcək. Ağır səfər olacaq, çünki Parislə Vaşinqton arasında müxtəlif mövzularla bağlı fikir ayrılıqları var.

Demedia.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Parisin Avropanın Amerikadan asılılığını azaltması tələbini illərdir gündəmdə saxlaması da Vaşinqtonun xoşuna gəlmir:

"Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla növbəti görüşü dekabrın 7-də Brüsseldə planlaşdırılmışdı. Paşinyan “görüşdə Makron da iştirak etsin” tələbini gündəmə gətirməklə Brüsselin vasitəçiliyinə zərbə vurdu. Çünki İlham Əliyev Brüsseldəki görüşdə Makronun iştirakının əleyhinədir. Fransalı jurnalistlərdən biri gərək Makronun özündən soruşa ki, ağır Vaşinqton səfərindən dərhal sonra Paşinyanın tələbiylə Brüsselə getməyə hazırdırmı?".

Xəyalə Məmmədova / Demedia.az