PKK terrorçusunu qəhramana çevirən film... - Nə demək istəyirlər?
PKK terrorçusunu qəhramana çevirən "Odda - iki bacı" filmiylə kimlər nə demək istəyir? İlk baxışdan qeyri - siyasi mövzular vasitəsilə məqsədyönlü şəkildə siyasi təbliğatlar dünyanın hər yerində tez - tez baş verir.
Demedia.az xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.
O bildirib ki, beyin mərkəzləri kütlələri müəyyən dövlətlərin, ayrı- ayrı qrupların obyektinə çevirmək üçün son zamanlar daha çox "mədəni tədbirlərdən" istifadə edirlər:
"Bu təbliğat vasitələrindən biri də - filmlərdir.
Məsələn, bu yaxınlarda Almaniya səfirliyi tərəfindən - "Odda- iki bacı" filminin Bakıda nümayişi nəzərdə tutulub.
Sual olunur. Kürd terrorçuluğu haqqında çəkilən bu filmin göstərilməsinə cəhdin məqsədi nədir?
Landmarkda dekabrın əvvəli baş tutmalı olacaq bu filmi boykot etmək lazımdır".
Xəyalə Məmmədova / Demedia.az