Fransa ilə siyasi əlaqələrə yenidən baxılmalıdır - Politoloq açıqladı
Fransa Milli Asambleyasi Azərbaycan əleyhinə qətnamə qəbul etdi. Paşinyan bu kimi qətnamələrin qəbulunda maraqlıdır. Fransa hakimiyyəti regionda sülhün əldə edilməməsi istiqamətində bu addımları dəstəkləyir.
Demedia.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, Yerevan da sülh müqaviləsinin bağlanmasında qəti maraqlı deyil:
"Ermənistan Fransanın dəstəyi ilə yeni münaqişə yaratmağa çalışır. Fransanın Cənubi Qafqazda siyasəti fiaskoya uğrayacaq. Azərbaycan ABŞ -la əlaqələri inkişaf etdirir. İngiltərə ilə bütün sferalarda əməkdaşlıq yüksək səviyyədədir. ABŞ Fransanın Ermənistanla bağlı siyasətini bloklaya bilər. Ona görə də Azərbaycan ABŞ-la strateji əməkdaşlığı inkişaf etdirməsi mütləqdir.
Fransa ilə siyasi əlaqələr aşağı endirilməli, səfir məsləhətləşmək üçün Bakıya çağırılması lazımdır".
Xəyalə Məmmədova / Demedia.az