Şok: Antik dövrə aid şəhər tapıldı - Oğrular bir gecədə...



 20:03 01.12.2022     777

Türkiyədə tarixi abidələr oğrular tərəfindən dağıdılıb.

Demedia.az xəbər verir ki, Kastamonu rayonunda Roma xarabalıqlarının aşkarlanması ilə qorunan ərazi elan edilən yer qeyri-qanuni qazıntılarla xəzinə ovçuları tərəfindən məhv edilib.

Roma dövrünə aid olduğu düşünülən xarabalıqların yerləşdiyi bölgə son illərdə qorunan ərazi elan edilib. Mozaikaların yerləşdiyi bəzi yerlərin dağıdıldığı bölgədəki qalıqlar üzə çıxarılmağı gözləyir.

Həmin yer antik dövründə, yəni Roma dövründə şəhər olub. Oğurluq nəticəsində antik dövrə aid şəhərin qalıqları da dağıdılıb.
Məsələ ilə bağlı araşdırmalar başlanılıb.

Aysun / Demedia.az