Kökəlib deyə 2 il PƏHRİZ ETDİ - Başına elə şey gəldi ki...



 21:04 01.12.2022     841

Türkiyənin Tokat bölgəsində inanılmaz hadisə yaşanıb.

Demedia.az xəbər verir ki, yerli sakin Əli Yavuz mədəsində şişkinlik səbəbiylə kökəldiyini zənn edərək pəhriz saxlayıb. Bir müddət nəzarətli pəhriz saxlayan Əlinin mədəsindəki şişlik böyüyərək gündəlik həyatını pozduğu üçün xəstəxanaya getməyə qərar verib. Xəstəxanada müayinə olunanda qarnında kütlə aşkarlanıb.

Kütlənin həddindən artıq böyüdüyü və digər orqanlara mənfi təsir göstərməyə başladığı üçün  xəstə əməliyyat olunub. Təxminən 3 saat davam edən əməliyyatda onun qarnından 4 ədəd 13 kiloqramlıq kütlə çıxarılıb. Kütlənin böyüklüyü həm xəstəni, həm də həkimləri təəccübləndirib. Reanimasiya şöbəsində bir neçə gün müalicə alan Əli Yavuz sağlamlığına qovuşub.

Aysun / Demedia.az