Qulaqcıq istifadə edənlərin DİQQƏTİNƏ - Kar ola bilərsiniz
Qulaqcıqlar həyatımızın bir hissəsinə çevrilib.
Demedia.az xəbər verir ki, qulaqcıq taxarkən yüksək səslə musiqi dinləmək sonrakı yaşlarda eşitmə itkisinə səbəb ola bilər.
Hər yaşdan olan insanların, xüsusən gənclərin ən yaxşı dostu, eləcə də düşməni qulaqcıqlardır. Xeyrindən çox ziyanı olan qulaqcıqlar yolda, metroda, avtobusda, həmçinin evdə belə musiqi dinləmək üçün istifadə olunur. İlk baxışdan ziyansız görünən qulaqcıqlar əslində qulaq zədələnməsindən tutmuş baş ağrılarına qədər müxtəlif xəstəliklərə səbəb olur.
Alimlər xəbərdarlıq edirlər ki, müntəzəm qulaqcıqdan istifadə edən musiqisevərlərin sağlamlığı risk altındadır. Daimi qulaqcıqlardan istifadə etmək gələcək nəslin kütləvi karlıqdan əziyyət çəkməsinə səbəb ola bilər.
Gənclərin müntəzəm istifadə etdiyi qulaqcıqlar zamanla alışqanlıq halına gəlir və insanlar vacib əşyaymış kimi qulaqcıqsız evdən kənara belə çıxmırlar. Bu da zamanla qulaqda zəif eşitməyə, karlaşmaya gətirib çıxarır.
Aysun / Demedia.az