Somali Prezidenti söz verdi - İrimiqyaslı antiterror axtarışları başladı



 11:29 02.12.2022     366

Somalinin Mərkəzi Şabel vilayətində Əş-Şəbab terror qruplaşmasına qarşı antiterror əməliyyatı təşkil edilib.

Demedia.az xəbər verir ki, antiterror əməliyyatları nəticəsində azı 40 terrorçu məhv edilib. Məlumata görə, antiterror əməliyyatlarına kəşfiyyat da dəstək verib. Qeyd edək ki, Moqadişoda 100 nəfərin öldüyü 300 nəfərin yaralandığı terror hücumundan sonra Prezident Hasan Şeyx Mahmud Əş-Şəbab terrorçularına qarşı irimiqyaslı mübarizə aparılacağına dair söz verib.

Qeyd edək ki, terror hücumuna görə hələki heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.

Bahadur Seyidov