Latviya rusiyalı diplomatı qovdu



 12:33 02.12.2022     384

Rusiyanın Litvanın paytaxtı Vilnusda yerləşən səfirliyində bir diplomat persona non grata elan edilib.

Demedia.az xəbər verir ki, bu barədə Litvanın Xarici İşlər Nazirliyi açıqlama verib. Bildirilib ki, Rusiya səfirliyinin əməkdaşlarından biri Xarici İşlər Nazirliyinə çağrılaraq, ona nota verilib. Rusiyalı diplomatdan 5 gün ərzində Litvandan çıxması tələb edilib. Məlumata görə, buna səbəb rusiyalı diplomatın statusuyla əlaqəsi olmayan fəaliyyətlərlə məşğul olmasıdır.

Qeyd edək ki, Ukrayna müharibəsi başlayandan sonra Litva 4-cü dəfədir rus diplomatı persona non grata elan edir.

Bahadur Seyidov