ABŞ Şimali Koreyaya qarşı cəbhə qurdu



 15:31 02.12.2022     308

ABŞ Şimali Koreyanın təhdidlərinə qarşə qəti tədbirlər tətbiq etmək üçün Yaponiya və Cənubi Koreya ilə birgə işləyir.

Demedia.az xəbər verir ki, “Ağ ev”in Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi belə açıqlama verib. O bildirib ki, ABŞ regionda daha ciddi strateji həmlələr edəcək. Con Kirbinin sözlərinə görə, ABŞ nəzərdə tutulan tədbirləri daha effektiv tətbiq etmək üçün Seul və Tokio ilə birgə çalışır.

Qeyd edək Şimali Koreyanın ardıcıl raket sınaqları regionda gərginliyi artırıb.

Bahadur Seyidov