Tvitterdə istifadəçilərin sayı azala bilər



 18:31 02.12.2022     374

Tvitterdə istifadəçilərin sayı azala bilər.

Demedia.az xəbər verir ki, şirkətin sahibi İlon Mask belə açıqlama verib. O bildirib ki, platformadakı saxta, qanunsuz hesablar bağlandığı üçün istifadəçilərin sayında azalma müşahidə edilə bilər. İlon Mask neçə saxta hesabın silindiyini açıqlamayıb. 

Qeyd edək ki, İlon Mask Tvitterdə aktiv istifadəçi sayının 259,4 milyona çatdığını ifadə edərək, bunun rekord göstərici olduğunu ifadə etmişdi. İlon Mask həmçinin əvvəllər bloklanan hesabların açılacağını ifadə etmişdi. Açılan hesablarda bəzi məhdudiyyətlər olacaq.

Bahadur Seyidov